12px13px15px17px
Tarix:09/07/14

Yeni versiya “Android” qurğularının 18%-nə quraşdırılıb

Hər ay ABŞ-ın “Google” şirkətinin dərc etdiyi statistikaya əsasən, internet nəhənginin mobil əməliyyat sisteminin müxtəlif versiyalarının populyarlığı məlum olub. İyulun əvvəlinə olan məlumata əsasən, “Android 4.4 KitKat” platforması “Android” ilə işləyən qurğuların təxminən 18%-nə quraşdırılıb.

“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Android Jelly Bean” (4.1, 4.2 və 4.3) ən populyar versiya olaraq qalır.

“Android”-elektronikanın təxminən 11.4%-i “Android Ice Cream Sandwich” versiyası ilə işləyir, halbuki 2014-cü ilin əvvəlində bu göstərici 12,3% təşkil edib. “Android Gingerbread” versiyasının bazar payı 14,9%-dən 13,5%-dək azalıb.

“Google” şirkətinin iyunun sonunda nümayiş etdirdiyi yeni “Android 5.0 L” əməliyyat sistemi 2014-cü ilin payızında açıq girişdə yerləşdiriləcək.

Emil Hüseynov



Baxış sayı: 695

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024