12px13px15px17px
Tarix:09/07/14

Mark Zukerberq: “İnternetə əsas çıxış pulsuz olmalıdır”

Dünya əhalisinin 90 faizi üçün internetə qoşulma problemi onların yaşadığı yerdə rabitənin olmamasından yox, operatorlar tərəfindən məlumatların ötürülməsi üçün əlverişli tariflər təqdim etməməsi ilə əlaqədardır.
 
Bu barədə “Facebook” şirkətinin baş direktoru Mark Zukerberq “The Wall Street Journal” nəşrində dərc olunan məqaləsində yazır. Onun fikrincə, fövqəladə hallar xidmətləri ilə mobil telefonla rabitə əlaqəsi artıq pulsuzdur. Gələcəkdə internetin daha vacib xidmətlərinə çıxışı da pulsuz etmək lazımdır. Şirkət rəhbəri hansı internet xidmətlərinin daha vacib olmasını sadalamayıb.

Qeyd edək ki, “Facebook” məqsədi internetə çıxış imkanı olmayan dünya əhalisinin üçdə bir hissəsini pulsuz və ya ucuz internetlə təchiz etmək olan “Internet.org” layihəsində iştirak edir. Layihəni dəstəkləyən bəzi rabitə operatorları artıq abunəçilərə “Facebook” saytına pulsuz çıxış imkanı təqdim edir, - “Computerworld www.osp.ru” yazır.



Baxış sayı: 343

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 Avqust 2020

08 08 2020

08/08/20
Dünyada ilk “6G” şəbəkəsinin istifadəyə verilmə tarixi məlum olub

Cənubi Koreya hökuməti ölkədə “5G” şəbəkələrinin real işləmə sürətini açıqlayan hesabatın

08/08/20
“iPhone 12” haqqında yeni təfərrüatlar məlum olub

“iPhone 12” komponentlərinin istehsalçıları istehsalda problemlə üzləşiblər