12px13px15px17px
Tarix:10/07/14

“Azərpoçt” gələn ildən iki yeni maliyyə xidmətinin göstərilməsinə başlaya bilər

Azərbaycanın milli poçt operatorunun göstərdiyi maliyyə xidmətlərinin çeşidini genişləndirmək məqsədi ilə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  Mərkəzi Banka təkliflərini təqdim edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət müəssisələrinin fəaliyyətini əlaqələndirmə şöbəsinin müdir müavini,  poçt sektorunun müdiri Novruz Məmmədovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, təkliflər "Azərpoçt"un 2015-ci ildə artıq kreditlərin verilməsi və depozitlərin qəbulu ilə bağlı xidmətlərin göstərilməsi ilə bağlı qanunvericilikdə tətbiq ediləcək dəyişikliklərlə bağlıdır.

Milli poçt operatoru ölkənin maliyyə xidmətləri bazarının 5%-nə sahib olacağını proqnozlaşdırır.

Azərbaycanda 43 bankın, yəni olduqca böyük rəqabətin olmasını nəzərə alaraq, poçt sektorunun ümumi maliyyə xidmətləri bazarındakı payının məhz bu qədər təşkil etməsi artıq nailiyyət sayıla bilər.

Qeyd edək ki, bu ilin sonunadək "Azərpoçt"un bank-maliyyə xidmətlərindən əldə etdiyi gəlirinin 50% artaraq  1,5 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Ümumilikdə növbəti illərdə illik gəlir artımının 20-30% təşkil edəcəyi ehtimal edilir.


Aynur Vəliyeva



Baxış sayı: 712

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024