12px13px15px17px
Tarix:10/07/14

Yeni “Windows Phone”da çoxpəncərəli interfeys yaradılacaq

“Windows Phone” qurğusunun yeni versiyasında çoxpəncərəli interfeys yaradılacaq.

“ICTnews”un “www.tdaily.ru” saytına istinadən verdiyi məlumata əsasən, əslində bu interfeys smartfon və planşetlər üçün vahid bir platforma olacaq. Yəni eyni vaxtda ekranda bir neçə əlavə pəncərənin olmasına və onlarla paralel məsələlər həll etməyə imkan verəcək. Misal üçün, videoya baxaraq eyni zamanda “WhatApp”da yazışmaq mümkün olacaq.
 
Yeni versiyanın kod adı “Threshold” olacaq və o, 2015-ci ildə təqdim ediləcək. Bildirilir ki, o, təkcə ARM-prosessorlarda deyil, həmçinin “x86”-arxitekturalı qurğularda istifadə ediləcək. 
 
Aynur Vəliyeva
 



Baxış sayı: 733

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024