12px13px15px17px
Tarix:10/07/14

Azərbaycan saytları erməni işğalına qarşı birləşir

Azərbaycanda Dağlıq Qarabağla bağlı fəaliyyət göstərən sayt rəhbərlərinin görüşü keçirilib.

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının redaksiyasında keçirilən görüşdə “1905.az”, “virtualkarabakh.az”, “azerbaijanfoundation.az”, “karabakh.az”, “qam.az”, “therealstoriesofkarabakh.com”, “musigi-dunya.az”, “qat.az”, “Voice of Karabakh”, “karabakh-doc.azerall.info” saytlarının nümayəndələri iştirak edib.
 
“KarabakhİNFO.com”-un baş redaktoru Zaur Qəriboğlu  rəhbərlik etdiyi saytın fəaliyyətinin əsas istiqamətlərindən danışaraq bildirib ki, onların məqsədi Azərbaycan həqiqətlərinin olduğu kimi dünya ictimaiyyətinə çatdırılmasıdır: “Həqiqəti sənədlərlə, faktlarla təqdim edirik. Bununla da beynəlxalq ictimaiyyətin bundan nəticə çıxarması üçün zəmin yaradırıq. Ermənistanın “panorama.am” saytı bizim saytla bağlı yazı dərc edib və bizi Azərbaycan dövlətinin növbəti propaqandası adlandırıb. Bizim görüşümüzün əsas məqsədi də odur ki, birgə fəaliyyət göstərək. Birgə mübarizəyə qoşulaq, tək əldən səs çıxmır”.
 
Gələn il qondarma erməni soyqırımının 100 illiyi, lakin bizim soyqırımın isə 110 illiyi olacağını önə çəkən “1905.az” portalının baş redaktoru Fuad Babayev  məhz bu məqsədlə rəhbərlik etdiyi saytın yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Saytın 12 dildə fəaliyyət göstərdiyini deyən baş redaktor  artıq müəyyən nəticələr əldə etdiklərini bildirib: “Təklif edirəm ki, bu istiqamətdə olan saytların hər biri ilə qarşılıqlı baner mübadiləsi edək”.
 
Azərbaycan Respublikasi Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının əməkdaşı Sərxanbəy Xuduyev çıxışı zamanı Qarabağa aid statistik məlumatları toplayan zaman bir çox problemlərlə üzləşdiyini qeyd edib:
 
 “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının saytını işləyən zaman qarşılaşdığım ən böyük problemlərdən biri də sənədlərin etibarlılığıdır. Dillərin sayı nə qədər çox olsa da, orada olan sənədlər etibarlı mənbədən olmalıdır. İşğal olunmuş hər rayonumuz üzrə statistikaları toplayırdım. Dövlət Statistika Komitəsinin verdiyi statistika, Qarabağla bağlı saytların verdiyi statistika fərqli idi. Biz bunları bir-biri ilə müqayisə etdik, ortaq nəticəyə gəldik, çünki bunun məsuliyyəti böyükdür”.
 
 
“Virtualkarabakh.az” saytının əməkdaşı Rəşad Zeynalov layihə barədə məlumat verərək  layihənin məqsədinin Azərbaycan Respublikasının Qarabağ bölgəsi haqqında, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə dolğun və obyektiv məlumat vermək olduğunu bildirib.
 
“Bu elektron resursdakı geniş məlumatlar, foto-video materiallar, e-kitablar, tarixi sənədlər, araşdırmalar, analitik yazılar,  xarici müəlliflərin Qarabağla bağlı tədqiqat xarakterli ciddi elmi-kütləvi kitabları, virtual oyunlar, virtual sərgilər, müsabiqələr, bir sözlə, Qarabağla əlaqədar hər şey ölkəmizin yeni nəsil nümayəndələrinə, 50 milyonluq soydaşlarımıza və onların xaricdəki dostlarına, həmyaşıdlarına, dünyanın sülhsevər insanlarına düzgün, həqiqi faktlarla çatdırılmasına yönəlib”.
 
 
SEYMUR



Baxış sayı: 1072

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024