12px13px15px17px
Tarix:10/07/14

Alimlər blok edilən saytları aşkar etməkdə yardımçı olmağı xahiş edir

ABŞ-ın Corciya Texnologiya İnstitutunun alimləri internetdə senzuranın nə dərəcədə effektiv olmasını müəyyən etmək niyyətindədirlər. Belə ki, onlar “Encore” açıq kod sisteminin köməyi ilə müxtəlif ölkələrdə blok edilmiş internet saytlarına çıxış imkanı haqqında çoxlu məlumat toplamağı planlaşdırırlar.

Sınağın uğurlu olması üçün burada həm iri, həm də kiçik saytların iştirakı tələb olunur. İnzibatçılar saytın koduna yalnız “Encore” sisteminin saytına yönələn linki əlavə etməlidirlər. Saytın səhifəsi istifadəçinin kompüterinə yüklənəndən sonra sistem fon rejimində müəyyən saytlara çıxış imkanını yoxlayacaq və müvafiq informasiyanı alimlərə ötürəcək.
 
 Alimlərin sözlərinə görə, bu, kompüterin işinə təsir göstərməyəcək və sistem istifadəçilərin fəaliyyətini izləyə bilməyəcək. Senzura tərəfindən blok edilən saytların ünvanı “Herdict” (Nardikt) layihəsinin iştirakçıları tərəfindən tərtib olunan siyahıdan götürüləcək.
 
 
Alimlər qeyd edirlər ki, burada pornoqrafik saytların ünvanları olmayacaq. Bundan başqa, sistem istifadəçiləri brauzerlərinin tədqiqatda iştirak etməsi barədə xəbərdar edəcək və onlar bu funksiyanı söndürmək imkanına malik olacaqlar, - "Computerworld www.osp.ru” yazır.



Baxış sayı: 661

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024