12px13px15px17px
Tarix:10/07/14

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya İT avadanlıqlarının alınması üzrə açıq tender elan edib

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya İT avadanlıqlarının alınması üzrə açıq tender elan edib.

Tender Komissiyasından “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tender kompüter texnikası və avadanlıqların satın alınmasını nəzərdə tutur. Tenderdə iştirak haqqı 250 manat təşkil edir.
 
İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) avqustun 15-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə avqustun 25-dək AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə ünvanına təqdim etməlidirlər.

İddiaçıların səlahiyyətli nümayəndələrinin iştirak edə biləcəyi tender proseduru avqustun 26-da yuxarıda göstərilən ünvanda baş tutacaq.
 
Əlavə məlumat almaq üçün e-mail: “v.mastaliyev@csc.gov.az”, telefon :465-87-93, daxili 126, faks: 465-87-96)  müraciət etmək olar.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 663

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024