12px13px15px17px
Tarix:10/07/14

Azərbaycan Ədliyyə Nazirliyi İKT avadanlıqlarının monitorinqini həyata keçirmək niyyətindədir

Azərbaycan Ədliyyə Nazirliyi "Ədliyyə sahəsində İslahatlara Dəstək Proqramı" çərçivəsində İKT avadanlıqlarının monitorinqi xidmətlərinin satınalınması üzrə təkliflər sorğusu elan edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əssən, təkliflər sorğusu Regional Ədliyyə Şöbələri (Gəncə, Şəmkir, Şirvan, Şəki, Sumqayıt, Xaçmaz, İmişli) və Ədliyyə Nazirliyinin inzibati binasında quraşdırılmış İnformasiya Kommunikasiya Texnologiyaları avadanlıqlarının və proqram təminatının tapşırığa uyğunluğunun monitorinq edilməsi və müvafiq rəyin verilməsi təkliflər sorğusu üsulu ilə satınalınmasının həyata keçirilməsini nəzərdə tutur.
 
Maraqlanan təşkilatlar 012 492 62 35 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Təkliflər sorğusunda iştirak etmək üçün sənədləri iyulun 15-dək Bakı şəhəri, İnşaatçılar prospekti 1, ünvanına təqdim etmək tələb olunur.
 
Aynur Vəliyeva



Baxış sayı: 780

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024