12px13px15px17px
Tarix:11/07/14

Beş ildən sonra 24 milyon avtomobil “CarPlay” texnologiyasını dəstəkləyəcək

“ABI Research” tədqiqat şirkətinin proqnozuna görə, 2019-cu ildə “CarPlay” interfeysini dəstəkləyən avtomobillərin sayı 24 milyona çatacaq. Bu maşınların əksəriyyəti digər oxşar standartlarla da uyğunluq təşkil edəcək.

Əvvəllər “iOS in the Car” adlandırılan “CarPlay” texnologiyası "iPhone” smartfonunu avtomobilin informasiya əyləncə sisteminə qoşmağa və onun ekranına toxunmaq, sükandakı düymələr və ya səsli komandalar vasitəsilə smartfonun telefon zəngi, naviqasiya, musiqinin səsləndirilməsi və SMS-bildirişlər kimi funksiyaları idarə etməyə imkan verir. Servis sürücünün diqqətini yoldan minimum ayırmaqla yaradılıb.

Cari ilin sonunadək “Honda”, “Hyundai”, “Mercedes-Benz”, “Volvo” və “Ferrari” avtomobillərinin bəzi modelləri “CarPlay” ilə təchiz ediləcək. Sonradan “Alfa Romeo”, “Audi”, “BMW Group”, “Chevrolet”, “Citroen”, “Ford”, “Jaguar”, “Kia”, “Mazda”, “Mitsubishi”, “Nissan” və s. avtomobillər bu texnologiyanı dəstəkləyəcək. “Apple” şirkətinin məhsullarına “CarPlay” ilə uyğunluğu daxil etmək qərarına gələn tərəfdaşlar siyahısında 29 şirkətin adı var.

“CarPlay”in rəqibi Açıq Avtomobil Alyansının dəstəyi ilə yaradılan “Android Auto” platformasıdır. “Google” şirkəti tərəfindən iyunun sonunda nümayiş olunan bu sistemin tərəfdaşlarının sayı artıq 40 təşkil edir. Mütəxəssislərin fikrincə, bununla əlaqədar olaraq "Android Auto”nun yaxın beş ildə avtomobillərdə tətbiqi “Apple”ın məhsulu ilə müqayisədə daha tez ola bilər.

“ABI Research”in baş analitiki Filomena Berardinin sözlərinə görə, hər iki texnologiya avtomobil əlavələri bazarının artmasına xidmət edəcək. Bununla yanaşı, “CarPlay” özünə daha çox diqqət cəlb edir.
“Gartner” analitik şirkətinin avtomobil bölməsinin vitse-prezidenti Tilo Koslovski qeyd edib ki, avtomobil istehsalçıları mobil texnologiyaların tətbiqi üzrə işi gücləndirməli və ya İT sənayesinin iştirakçıları ilə fəal əməkdaşlıq etməlidirlər.

“Texnologiyalar avtomobil sənayesinin gələcəyini müəyyənləşdirəcək. Hazırda həlledici məqam başlayır”, - T.Koslovski vurğulayıb, - "CNews www.cnews.ru” yazır.



Baxış sayı: 724

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024