12px13px15px17px
Tarix:11/07/14

Səlim Müslümov: “İşəgötürənlər əmək müqavilələrini elektron sistemdə aktiv şəkildə qeydiyyata almağa başlayıblar”

Əmək müqavilələri bağlamadan işçi çalışdıraraq əmək haqlarını qeyri-rəsmi formada verməklə məcburi ödəmələrdən yayınan işəgötürənlərə qarşı səmərəli tədbirlərin görülməsi barədə respublika prezidentinin tapşırığının icrası olaraq, aidiyyəti dövlət orqanları ilə birlikdə problemin həlli yolu kimi keçən ilin sonunda əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin yaradılmasına başlanılıb.
 
Bu prosesin hüquqi əsaslarını təmin etmək üçün 2013-cü ilin dekabrında qanunvericiliyə müvafiq dəyişikliklər edilmiş, bundan sonra həmin informasiya sistemi yaradılaraq "Elektron hökumət" portalında yerləşdirilib, 2014-cü il iyulun 1-dən isə istifadəyə verilib. Hazırda işəgötürənlər əmək müqavilələrini bu sistemdə aktiv şəkildə qeydiyyata almağa başlayıblar.
 
Bu fikri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
 
Nazir qeyd edib ki, bu elektron informasiya sistemi qeyri-leqal əmək münasibətlərinin qarşısının alınmasında, muzdlu işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsində, dövlət büdcəsinin gəlirlərinin və sosial sığorta haqlarının artmasında, həmçinin əmək bazarının təhlili üçün informasiya bazasının formalaşdırılmasında mühüm rol oynayacaq:
 
 "Bununla bərabər, hesabat dövründə əmək qanunvericiliyinin gözlənilməsinə nəzarət üzrə inzibati tədbirlər də sərtləşdirilib. Bu tədbirlər və vətəndaşların müraciətlərinin araşdırılması zamanı 9269 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib, 2 milyon 352 min manat məbləğində cərimə tətbiq olunub və bunun 35,3 faizi dövlət büdcəsinə ödənilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 23 dəfə çoxdur. Ötən 6 ay ərzində 5613 işçi ilə əmək müqaviləsinin bağlanılması təmin olunub".
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 765

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024