12px13px15px17px
Tarix:14/07/14

ADİU İnnovativ Biznes-İnkubator çərçivəsində yeni layihəyə başlayıb

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) İnnovativ Biznes-İnkubatorun yeni və unikal “Biznes Klinik” layihəsinə start verib.
 
Universitetdən verilən məlumata görə, layihə biznes strukturları üçün nəzərdə tutulub. Bu layihə universitetin potensial intellektual resurslarından istifadə etməklə xidmət göstərəcək. “Biznes Klinik”in komandası ADİU-nun peşəkar elmi və praktiki biliklərlə yiyələnmiş ekspertləri və texniki işlərdə çalışacaq tələbələrindən ibarət olacaq.
 
“Biznes Klinik”in əsas missiyası şirkətlərdə olan problemləri aşkara çıxarmaq və aradan qaldırmaqdır.
 
Bu layihə korporativ imic, təlim, korporativ struktur, gənc auditor, insan resurslarının təhlili və modernizasiyası, ictimai əlaqələr,  sosial-iqtisadi təhlil kimi  xidmət spektrı çərçivəsində fəaliyyət göstərəcək. Gələcəkdə tələblərə uyğun olaraq yeni xidmətlər də əlavə olunacaq.
 
CAHANGİR



Baxış sayı: 569

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024