12px13px15px17px
Tarix:14/07/14

“App Store” dükanında təqdim edilən proqramların 80 faizinə tələbat olmayıb

“Adjust” şirkətinin keçirdiyi araşdırmanın nəticələrinə əsasən, “App Store” dükanında təqdim edilən proqramların 80 faizinə istifadəçilər tərəfindən tələbat müşahidə olunmayıb. Bu proqramlar heç vaxt 39 min məşhur servislər siyahısından heç birinə düşməyib.
 
Bu cür servisləri analitiklər “zombi-əlavələr” adlandırırlar. Tədqiqatçılar “zombi-əlavələr” siyahısına “App Store”da məşhur əlavələr siyahısında bir gündən artıq qalmayan proqramları aid ediblər. Əlavələr dükanında 39 min bu cür siyahı var və onların hər birisinə hər gün avtomatik istifadəçilər tərəfindən yüklənən 150 servis düşür.

Bu kriteriyə uyğun olaraq, hər ay “zombi-əlavələr”in sayı artır, may ayında onların sayı 77 faiz təşkil edib, 2013-cü ilin dekabr ayında 75%, ötən ilin iyun ayında isə 70 faiz təşkil edib. “Kitablar”, “Əyləncələr, “Unilit” kateqoriyalarında lazımsız əlavələrin sayı daha çoxdur.
 
“App Store” iyulun 10-da buraxılışının 6 illiyini qeyd edib. Bu vaxt ərzində bu dükanda 1,6 milyon əlavədən çox proqram qeydiyyatdan keçib. Onlardan 350 mini dəstəyin başa çatması, qaydaların pozulması və ya tərtibatçıların şəxsi istəyi nəticəsində ləğv edilib. Beləliklə, demək olar ki, hər beşinci servis əlavələr dükanında ləğv edilib. Ötən il “App Store” dükanına 454 min yeni servis yüklənib, onların 15%-i silinib.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 790

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024