12px13px15px17px
Tarix:15/07/14

2018-ci ilədək dünya "e-ID” bazarının həcmi 54 milyard dollara çatacaq

“Acuity Market Intelligence” analitik şirkətinin proqnozuna görə, 2018-ci ilədək dünya elektron pasportlar bazarının həcmi 50 milyard dolları ötəcək.

Belə ki, “The Global National eID Industry Report: 2014 Edition” adlı tədqiqatda analitiklər qeyd edirlər ki, 2013-2018-ci illərdə milli elektron pasportlar bazarının həcmi 54 milyard dollar təşkil edəcək.

2018-ci ildə dünyanın müxtəlif dövlətlərinin vətəndaşı olan 3,5 milyard nəfər elektron pasporta sahib olacaq. Bu, 1,75 milyard nəfərin elektron pasporta malik olduğu 2013-cü ildən təxminən iki dəfə çoxdur.

Bu geniş artım əhalinin sıxlığı ilə seçilən və elektron identifikasiya sənədlərinin tətbiqində aktiv fazada olan Asiya sayəsində baş verəcək.

Yaxın 5 ildə satılan elektron kartların 70 faizi Asiyaya yönələcək. Artıq elektron pasportların tətbiq olunduğu Avropa bazarda 11 faiz paya sahib olacaq.

“Acuity Market Intelligence”in direktoru və biometriya və elektron sənədlər üzrə ekspert Maksin Mostun sözlərinə görə, yaxın beş ildə Yer kürəsi əhalisinin yarısı çipli milli identifikasiya kartına malik olacaq.

Bu bazarda lider əhalinin elektron kartlarla təmini səviyyəsinin 100 faizə yaxınlaşdığı Avropadır. Bu, həm milli, həm də beynəlxalq “Elektron hökumət” servislərinin inkişafı üçün güclü stimul olacaq.

Eyni zamanda elektron pasportlar bazarı mobillik yolunda ilk addımını atacaq, çünki elektron identifikatorları fiziki daşıyıcıdan virtual formaya (məsələn, mobil qurğularda saxlamaq üçün) köçürmək çətin deyil.

Əhalisi daxili milli pasporta (bütün tiplər – kağız və ya elektron) malik ölkələrin ümumi sayı 2018-ci ilədək 152 ölkəyə çatacaq. Bu, milli identifikasiya proqramlarının 142 ölkədə qüvvədə olduğu 2013-cü ildən 6,5 faiz çoxdur.

Həmçinin analitiklər vurğulayırlar ki, qeyd olunan dövrdə kağız pasportların elektron pasportlarla əvəz ediləcəyi ölkələrin sayı 56-dan 95-dək (təxminən 70 faiz) yüksələcək.

Bildirilir ki, 95 ölkə tərəfindən buraxılan 3,5 milyard ID-kartın 300 milyonu biometrik olacaq. Biometrik sənədləri 31 ölkənin tətbiq edəcəyi proqnozlaşdırılır, - "CNews www.cnews.ru” yazır.



Baxış sayı: 577

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024