12px13px15px17px
Tarix:15/07/14

“iPad”a qarşı allergiya aşkar olunub

ABŞ-da 11 yaşlı oğlan uşağında “iPad”a qarşı allergiya aşkar olunub.
“ICTnews” xəbər xidmətinin “http://ria.ru” saytına istinadən verdiyi məlumata əsasən, pasient  müayinə olduqdan sonra onun bədənində səpkilər aşkar olunub və həkimlər belə rəyə gəliblər ki, bu allergiya “iPad”ın istehsalında istifadə olunan nikelə qarşıdır.

Uşaq “iPad”dan 2010-cu ildən etibarən hər gün istifadə edib. Allergiyadan müalicə olunmaq üçün yeniyetmə steroid və antibiotiklər kursu qəbul etməlidir.
 
Son araşdırmaların nəticələri göstərib ki, insanlarda istehsalında nikel istifadə olunan elektron qurğulara, o cümlədən mobil telefon, noutbuk, smartfonlara, allergik reaksiyalara daha tez-tez rast gəlinir. Hazırda ABŞ-da uşaqların 25%-də nikelə qarşı allergiya aşkar olunur, halbuki on il bundan öncə bu göstərici cəmi 17 faiz idi.
 
 “iPad”ın bütün modellərində və “Apple” şirkətinin digər məhsullarında nikelin olması haqda dəqiq məlumat yoxdur, lakin həkimlər hər ehtimala qarşı belə hallarda üzlükdən və ya plyonkadan istifadə etməyi tövsiyə edirlər ki, dəri ilə elektron qurğunun təması aradan qaldırılsın.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 678

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024