12px13px15px17px
Tarix:16/07/14

Bu il 3,6 milyon qurğu interneti 300 Mbit/saniyə sürətində dəstəkləyəcək

ABI Research” analitik şirkətinin qiymətləndirməsinə görə, 2013-cü ildə maksimal buraxılış qabiliyyəti 150 Mbit/saniyə təşkil edən 42 milyon ikinci nəsil “LTE” şəbəkəsini (Cat 4 texnologiyası) dəstəkləyən mobil “baseband” prosessor buraxılıb.

Hazırda çip istehsalçıları sürəti 300 Mbit/saniyəyədək artıran yeni “Cat 6” mikrosxemləri üzərində aktiv çalışırlar. Ekspertlərin proqnozuna görə, smartfonlar üçün nəzərdə tutulan belə çiplərin ümumi tədarük (bütün illər üçün) həcmi 2019-cu ilin sonunadək 700 milyon ədədi ötəcək.      “Qualcomm” şirkəti mobil qurğular üçün dünya “LTE” modemlər bazarının lideridir. “ABI Research”in analitiki Malik Sədinin sözlərinə görə, “Cat 6” standartına keçidlə əlaqədar olaraq rəqiblər “Qualcomm” ilə rəqabət apara bilərlər. Lakin əksər çipset tərtibatçıları, o cümlədən “Spreadtrum” və “MediaTek” diqqətlərini “Cat 6”-nın tezliklə quraşdırılmayacağı başlanğıc səviyyəli qurğulara yönəltdiyindən “LTE” sürəti uğurunda mübarizəyə qatılmaqda yubanıblar.
“Cat 4” standartı yaxın illərdə əsas inkişaf istiqaməti olaraq qalacaq. Belə ki, analitiklərin proqnozuna görə, 2016-cı ildə “LTE” çiplərin tədarük həcminin 55 faizi “Cat 4” standartının payına düşəcək. “Cat 3” kimi müasir olmayan texnologiyaları dəstəkləyən prosessorlardan getdikcə daha az istifadə olunacaq, lakin bir neçə il ərzində ucuz telefonlarda quraşdırılacaq. 2019-cu ilədək dünya bazarında belə çiplərin payının 15 faizdən aşağı düşəcəyi gözlənilir.


Ekspertlərin gözləntilərinə görə, bu ilin sonunadək “Cat 6” çipləri 3,6 milyon mobil qurğuda quraşdırılacaq. 2019-cu ildə bu mikrosxemlərin tədarükü 347 milyon ədədi ötəcək ki, bu da “LTE” bazarının ümumi həcminin 24 faizinə uyğun olacaq. İnternetdən məlumatları 300 Mbit/saniyə sürətində yükləməyə imkan verən mobil modemlərin 2017-ci ilədək kommersiya qurğularında yer alacağı gözlənilir, - "DailyComm www.dailycomm.ru” yazır. 





Baxış sayı: 701

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024