12px13px15px17px
Tarix:16/07/14

“Avropol” internet bankçılığına kiberhücumlar edən şəbəkəni zərərsizləşdirib

Avropa İttifaqının “Avropol” Polis Xidməti internet bankçılığına kiberhücumlar təşkil edən şəbəkəyə qarşı əməliyyat keçirib. Cinayətkarlar pulların oğurlanması məqsədilə onlayn bankçılığın servislərinə hücumların həyata keçirilməsi ilə məşğul olublar. Bu barədə əməliyyatda iştirak edən “Kasperski laboratoriyası” şirkətinin məlumatında deyilir.

Əməliyyat iyulun 8-9-da Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin təşəbbüsü ilə keçirilib. Əməliyyat zamanı dünyada xüsusi “Shylock” zərərli proqramının yayılması üçün istifadə edilən kibercinayətkar infrastrukturun domen və serverləri müsadirə olunub.

Keçirilən əməliyyatda “Kasperski laboratoriyası” və “Avropol”un xidmətləri ilə yanaşı, ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB), Böyük Britaniya Hökumət Rabitəsi Mərkəzinin, eləcə də “Dell Secure Works” və “BAE Systems Applied Intelligence” şirkətlərinin mütəxəssisləri cəlb olunub. “Kasperski laboratoriyası”nın ekspertləri zərərli proqramın aktivliyinin monitorinqinə cavabdeh olublar.

Görülmüş tədbirlər nəticəsində cinayətkar infrastrukturun məlum elementlərinin zərərsizləşdirilməsi ilə yanaşı, əlavə olaraq bir neçə yeni şəbəkəsi də aşkar edilib.

Cinayətkarlar onlayn bankçılıq sisteminə hücumlar üçün “Shylock” virusundan istifadə ediblər. “Avropol”un məlumatına görə, virus dünyada ən azı 30 min kompüteri yoluxdurub. Kibercinayətkarlar sosial mühəndislik üsulları ilə öz qurbanlarını zərərli proqramı yükləməyə və işə salmağa inandıra biliblər. Sistemə daxil olan “Shylock” istifadəçilərin fərdi kompüterlərində identifikasiya rekvizitlərini - cinayətkarlar tərəfindən əvvəlcədən müxtəlif ölkələrin banklarında gözaltı edilən müştəriləri axtarmağa başlayıb.   

Ötən ilin noyabrından qeyd olunan zərərli proqramdan ümumi ziyanın həcmi bir neçə milyon dollar təşkil edib. Böyük Britaniya hücuma məruz qalan istifadəçilərin sayı üzrə ümumi reytinqdə birinci olub, - "Lenta www.lenta.ru” yazır.



Baxış sayı: 613

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024