12px13px15px17px
Tarix:16/07/14

Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqinə başlanılıb

1 mart 2014-cü il tarixindən etibarən, Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə 60 küçədə ilkin mərhələdə tətbiqinə başlanılıb.

Bu məqsədlə dövlət orqanlarının malik olduqları informasiya sistemləri Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya edilir. Mərhələlərlə yeni ünvan sisteminin tətbiq edilməsi və istifadəçilərə çatdırılması təmin olunacaq.
 
Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) keçirilən 2014-cü ilin birinci yarımilliyində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə komitə sədri Kərəm Həsənov məlumat verib. Sədrin sözlərinə görə, ölkənin şəhər və rayonları üzrə  daşınmaz əmlak obyektlərinə ünvanların yeni qaydalar əsasında verilməsi işləri davam etdirilib: “Bu işlər Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun olaraq aparılıb.
 
 
Ümumilikdə cari ilin iyul ayınadək Bakı şəhəri üzrə 1325 küçə və prospektlərdəki obyektlərin  giriş ünvanı və 128 küçə və prospektdəki obyektlərin daxili ünvanı, Sumqayıt şəhəri üzrə 70 küçə və prospektlərdəki obyektlərin giriş ünvanı və 69 küçə və prospektdəki obyektlərin daxili ünvanı, Gəncə şəhəri üzrə 684 küçə və prospektlərdəki obyektlərin giriş ünvanı təyin edilib”.
 
 
Ötən dövr ərzində ünvan lövhələrinin istehsalı və quraşdırılması işi davam etdirilib. Bakı şəhərinin 151 küçə və prospektində (5281 ədəd bina ünvan lövhəsi və 24933 ədəd giriş lövhəsi) daşınmaz əmlak obyektlərinə giriş və bina ünvan lövhələri quraşdırılıb. Bakı şəhəri üzrə park informasiya lövhələrinin və küçə istiqamət nişanlarının quraşdırılması işlərinə başlanılıb. Bakı şəhəri üzrə 15 ədəd küçə istiqamət nişanı quraşdırılıb.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 585

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 Mart 2020

30 03 2020

30/03/20
“Samsung” uzun müddət avtonom işləyən ucuz “Galaxy M11” smartfonunu təqdim edib

“Samsung” şirkəti öz rəsmi saytında “Galaxy M11” smartfonunu təqdim edib. Smartfonun əsas xüsusiyyətləri 

30/03/20
Bərpa olunan enerji planetə mənfi təsir göstərir

Bərpa olunan enerji mənbələrindən təmiz enerjiyə keçid zərərli tullantıların azaldılması və planetdə həya

30/03/20
“Apple” prosessorlu ilk noutbuklar 2021-ci ildə buraxılacaq

“Apple” şirkəti 2021-ci ildə noutbuk və masaüstü kompüterləri öz istehsalı olan “ARM” arxitekturalı

30/03/20
“Samsung Galaxy Chromebook” noutbuku nə vaxt satışa çıxarılacaq?

“Samsung” şirkətinin premium “Galaxy Chromebook” noutbukunun rəsmi satışa çıxarılma tarixi məlum olub. 

30/03/20
Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib

Çinin iki nəhəng texnoloji şirkəti – “Huawei Technologies” və “Tencent Holdings” mobil əyləncə

30/03/20
Bu şirkət mobil prosessor bazarında öz mövqeyini möhkəmləndirib

Prosessor smartfonun “ürəyi” hesab edilir, digər bütün komponentlərin işləməsi ondan asılıdır. 

30/03/20
“Huawei” yeni texnologiyaların tədqiqatına rekord məbləğ yatırır

Karantin rejimi tətbiq edildikdən sonra Çinin böyük şirkətləri işlərini dayandırmaq məcburiyyətində qalıb

30/03/20
“Dyson” ağciyərin süni ventilyasiyası üçün aparatların istehsalına başlayacaq

Tozsoran istehsalçısı kimi tanınan Böyük Britaniyanın “Dyson” texniki şirkəti yeni növ koronavirus (COVID

30/03/20
Kompüterin köməyilə beyin siqnallarını oxumaq üçün yeni metod hazırlanıb

Beynəlxalq alimlər qrupu beyin neyronlarından gələn siqnalları silisium çipinə ötürməyə müvəffəq olublar.