12px13px15px17px
Tarix:16/07/14

ƏMDK sədri: “Komitənin İKT strategiyası hazırlanıb”

Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) fəaliyyətin müasirləşdirilməsi məqsədilə kompleks İKT tədbirləri həyata keçirilir və beynəlxalq məsləhətçilərlə birgə komitənin uzunmüddətli İKT strategiyası hazırlanıb.
 
Bu fikri ƏMDK-də keçirilən 2014-cü ilin birinci yarımilliyində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə komitə sədri Kərəm Həsənov bildirib.
 
Sədr qeyd edib ki, Bakı şəhərində qabaqcıl texnologiyalarla təchiz ediləcək Daşınmaz Əmlak Məlumat İdarəetmə Mərkəzi tikilir. Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması ilə əlaqədar rəqəmsal məkan məlumatları bazasının yaradılması, mövcud qeydiyyat və kadastr məlumatlarının elektronlaşdırılması,  bazaya transfer edilməsi və istifadəyə verilməsi sahəsində zəruri tədbirlər görülüb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 552

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024