12px13px15px17px
Tarix:23/08/11

“Sharp NFC” dəstəyi ilə planşet çıxaracaq

“Sharp” şirkəti sentyabr ayının 5-də “Android” (2.3 versiyası) əsasında yeni planşet kompyuteri – “RW-T107” qurğusunu təqdim edəcək.

Cihaz 7 düymlü diaqonallı (1024×600 nöqtə) sensor ekrana malik olacaq. Qurğuda “Wi-Fi” (802.11b/g/n) simsiz rabitəsinin və “NFC” (Near Field Communication) texnologiyasının (kontaktsız ödənişlər həyata keçirmək mümkündür) olacağı bildirilib.

Planşetin digər xüsusiyyətləri arasında 2 meqapikselli ön kamera, 3 meqapiksel matrislə arxa kamera, “MicroUSB” və “HDMİ” interfeysləri, “MicroSD” slotu, “Bluetooth” modulu və “GPS” peyk naviqasiya sistem qəbuledicisi olacaq. Akkumulyator batareyasının bir yükləməsi ilə planşet avtonom olaraq 8 saat işləyəcək.

Yeniliyin "ürəyi" 1 QHz takt tezlikli “Tİ OMAP4430” prosessorudur. Əməli yaddaş tutumu 512 MB; birləşdirilmiş fləş yaddaş tutumu 8 QB-dır.



Baxış sayı: 1702

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024