12px13px15px17px
Tarix:16/07/14

Komitə sədri: “Daşınmaz əmlakla bağlı elektron xidmətlər şəffaflığın və vətəndaş məmnunluğunun təminatıdır”

Komitə sədri çıxışında bildirib ki, ötən 6 ay ərzində daşınmaz əmlak idarəçiliyi, əmlakın qeydiyyatı, özəlləşdirmə və hərraclarlarla bağlı fəaliyyət sahələri üzrə elektron xidmətlərin sayı artırılaraq 22-yə çatdırılıb.
 
 Eyni zamanda xidmətlərin keyfiyyəti yüksəldilib və maksimum operativliyin təmin olunması üçün tədbirlər həyata keçirilib. 2014-cü ildə 7 yeni elektron xidmət təsdiq edilib, onların tətbiqi istiqamətində işlərə başlanılıb. Bunlar dövlət əmlakının icarəyə verilməsi üzrə icarə haqqı borcu barədə məlumatın verilməsi, daşınmaz əmlakla bağlı servitutun, uzufruktun dövlət qeydiyyatı və onun ləğvi, məhv olmuş daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvi və daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi ilə bağlıdır. Bu fikri Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) keçirilən 2014-cü ilin birinci yarımilliyində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə komitə sədri Kərəm Həsənov bildirib. Onun sözlərinə görə, hazırda vətəndaşların istifadəsində olan 22 e-xidmətdən 2-si informativ və 20-si interaktivdir. Ümumilikdə, indiyədək elektron xidmətlər vasitəsilə komitənin qurumlarına 62000-ə yaxın elektron müraciət daxil olub.
 
 
Komitə sədri bu ilin mühüm uğurları kimi daşınmaz əmlakın qeydiyyatında onlayn xidmətlərin tətbiqini, qeydiyyat xidmətlərinin vətəndaşların ünvanına çatdırılması ilə bağlı mobil ofislərin təşkilini və Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqini xüsusilə vurğulayıb. O bildirib ki, qeyd olunan uğurlar mükəmməl elektron əmlak idarəçiliyinin bərqərar olması, “Elektron hökumət”in sürətlə formalaşması ilə vətəndaş məmnunluğunun yüksəldilməsinə yönəlib.
Qeyd edək ki, komitə 2014-cü ildən etibarən daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslara real vaxt rejimində - onlayn verilməsi həyata keçirilir. Arayışların “onlayn” rejimdə verilməsi məmur-vətəndaş ünsiyyətinin aradan qalxmasına, vaxta böyük qənaət olunmasına səbəb olub.
 
 Eyni zamanda, komitə tərəfindən digər yeni onlayn xidmət istifadəyə verilib. Bu daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların internet vasitəsilə verilməsi ilə bağlıdır. Belə ki, bu xidmət sayəsində mülkiyyətçilər heç bir yerə getmədən internet vasitəsilə rahat və çevik şəkildə sahibi olduğu daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış olacaq. Bu xidmətin istifadəyə verilməsi təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar və digər daşınmaz əmlak sahibləri üçün də xüsusilə faydalıdır. İndiyədək onlayn xidmətlər vasitəsilə 48 mindən çox müraciət daxil olub.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 452

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti