12px13px15px17px
Tarix:17/07/14

99 gün “Facebook”dan imtina et, xoşbəxt ol!

“Just” Holland kreativ agentliyi “99 Days Of Freedom” (“99 gün azadlıq”) layihəsini istifadəyə verib.
 
“ICTnews” xəbər xidmətinin “www.lookatme.ru” saytına istinadən verdiyi məlumata əsasən, layihə çərçivəsində “Facebook” istifadəçilərinə 99 gün ərzində sosial şəbəkədən imtina etmək təklif olunur. Araşdırma nəticəsində “Facebook”un insanların xoşbəxtlik səviyyəsinə necə təsir etməsi müəyyən olunacaq.
 
“Just”un bundan öncə keçirdiyi araşdırmalar göstərib ki, insanlar gün ərzində “Facebook”dan 17 dəqiqə istifadə edirlər. Bu, o demək idi ki, “99 Days Of Freedom”un iştirakçıları 28 saat asudə vaxtlarını boşaldacaqlar. Bu arada layihənin müəllifləri əmin edirlər ki, günlərin sayı təsadüfi seçilməyib. Bu müddət ərzində eksperimentin istifadəçiləri bezə bilməyəcək, tədqiqatçılar isə onlara tələb olunan məlumatları toplaya biləcəklər.
 
“Facebook” - inanılmaz platformadı və biz hesab edirik ki, o, sevgiyə layiqdir. Lakin biz həm də hesab edirik ki, sosial şəbəkədən daha az istifadə edilməsinin emosional üstünlükləri  var. Biz layihənin çoxlu müsbət emosiyaya səbəb olacağını hesab edirik və 99 gündən sonra bizim nəzəriyyəmizin nə qədər düzgün olacağı məlum olacaq”, - deyə “Just”un art-direktoru Merlin Strathof bildirib.
 
Eksperimentdə iştirak etmək üçün layihənin saytında qeydiyyatdan keçmək və avatarda “99 Days Of Freedom” yerləşdirmək, sosial şəbəkədən imtina etmək və “həyatdan zövq” almaq təklif olunur.
 
Aynur Vəliyeva



Baxış sayı: 671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024