12px13px15px17px
Tarix:18/07/14

2020-ci ilədək nağdsız hesablaşmaların inkişaf strategiyası hazırlanıb

Azərbaycanda 2020-ci ilədək nağdsız hesablaşmaların inkişaf strategiyası hazırlanıb. “ICTnews” xəbər xidmətinin məlumatına görə, strategiya Mərkəzi Bank (MB) tərəfindən ərsəyə gətirilib.
 
Bu barədə MB-nin Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin rəhbəri Kəmalə Qurbanova jurnalistlərə verdiyi açıqlamasında deyib ki, bir müddət əvvəl onlar tərəfindən 2012-2016-cı illərdə ölkədə nağdsız ödənişlərin inkişafı üzrə Dövlət Proqramının layihəsi hazırlanıb:
 
“Lakin təəssüf ki, onun təsdiqlənməsi proseduru yubandı. 2015-2020-ci illərə şamil ediləcək və həmin vəzifələri əhatə edəcək yeni sənədin hazırlanması qərara alındı".

K.Qurbanova əlavə edib ki, sənəd layihəsi bu ilin sonuna kimi hökumətə təqdim ediləcək. Onun sözlərinə görə, AMB bundan sonra da nağdsız hesablaşmaların stimullaşdırılması siyasətini, eləcə də müxtəlif tədbirlərin keçirilməsi yolu ilə əhalinin maliyyə savadlılığının artırılmasını həyata keçirmək niyyətindədir.
 
Dövlət Proqramı bir sıra istiqamətlər, o cümlədən elektron ödənişlər üçün infrastrukturun imkanlarının genişləndirilməsini, elektron ödənişlər üçün normativ-hüquqi bazanın gücləndirilməsini, əhalinin və təsərrüfat subyektlərinin yaradılan infrastruktura fəal şəkildə cəlb edilməsi, əhalinin maarifləndirilməsi üzrə tədbirləri nəzərdə tutur.
 
SEYMUR



Baxış sayı: 571

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024