12px13px15px17px
Tarix:18/07/14

Real vaxt rejimində “4K/60p” formatlı videonun simsiz ötürülməsi üçün sistem yaradılıb

Tokioda (Yaponiya) keçirilən “1st Live Entertainment & Event Expo” (LIVENT) konfransında yüksək təsvir ölçülü videonun (Ultra High Definition) real vaxt rejimində simsiz rabitə ilə ötürülməsini təmin edən sistem nümayiş olunub.

“4k60p Wireless Transmission System” adlandırılan kompleksin yaradılmasında “Ltec”, “Techno Mathematical Co” (TMC) və “Hitachi Kokusai Electric” şirkətlərinin mütəxəssisləri iştirak edib.

Mütəxəssislərin sözlərinə görə, “4K” formatlı videonu dəstəkləyən çoxlu kameraların yaradılmasına baxmayaraq həmin qurğularla çəkilən materiallar adətən simli vasitələrlə və ya dəyişdirilən daşıyıcılarla ötürülür, yüksək təsvir ölçülü videonun simsiz translyasiyası üçün mövcud sistemlər isə çoxlu maneələr səbəbindən real vaxt rejimində işləyə bilmir.

Sadə struktur üzərində qurulan “4k60p Wireless Transmission System” kompleksi “H.264” standartından, simsiz qəbuledici-ötürücü və “4K” formatlı displeydən istifadə edən kodlama və dekodlama qurğularından ibarətdir. Məlumatların ötürülməsi 25 QHs diapazonunda həyata keçirilir, buraxılış qabiliyyəti 95 Mbit/saniyəyə çatır.

Qeyd edilir ki, sistem real vaxt rejimində videonu 3840x2160 piksel təsvir ölçüsündə və saniyədə 60 kadr tezliyində ötürməyə imkan verir. “4k60p Wireless Transmission System” kompleksinin konsert, idman yarışları və s. tədbirlərin canlı yayımını həyata keçirəcək, - "3DNews www.3dnews.ru” yazır.



Baxış sayı: 681

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024