12px13px15px17px
Tarix:18/07/14

Növbəti ildə informatika fənni üzrə təqdim ediləcək test tapşırıqlarında əməliyyat sistemi və tətbiqi proqramlarının yeni versiyaları əsas götürüləcək

2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsi üçün informatika fənni üzrə proqram elmi- metodiki seminarın tövsiyəsi ilə yaradılmış işçi qrupu tərəfindən yenidən işlənilərək təkmilləşdirilib.

Belə ki, növbəti ildə informatika fənni üzrə təqdim ediləcək test tapşırıqlarında əməliyyat sisteminin (Windows 7) və tətbiqi proqramlarının yeni versiyalarının (MS Office 2010 və s.) əsas götürülməsi nəzərdə tutulur.
 
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi sektorundan məlumat verilib.
 
Yeni proqramın layihəsini təqdim edən TQDK-dan qeyd edilib ki, 2015-ci ildə magistratura səviyyəsinə qəbul imtahanı verəcək bakalavrlar sözügedən proqram üzrə hazırlaşmalıdırlar.
 
 İnformatika üzrə qəbul imtahanı proqramında yer alan istiqamətlərə gəlincə, buraya informatika və onun əsas anlayışları, informasiyanın ölçü vahidləri, kompüter və onun texniki təminatı, elektron hesablama maşınları (EHM-lər), alqoritmləşdirmənin əsasları, məsələlərin kompüterdə həllinin mərhələləri, əməliyyat sistemləri, o cümlədən "Microsoft Windows 7" əməliyyat sistemi, "Windows 7" ƏS-də AERO interfeysinin funksiyaları, "Microsoft Word 2010" mətn prosessoru, "Drag and Drop" texnologiyası, mübadilə buferi ilə iş, "Microsoft Excel" 2010 elektron cədvəli, funksiyalar, fayl əməliyyatları, verilənlər siyahısı ilə iş, "Microsoft PowerPoint 2010" elektron təqdimat proqramı, elektron təqdimat və slaydlar, verilənlər bazası. "Microsoft Access" 2010 verilənlər bazasının idarəetmə sistemi, kompüter qrafikasının əsasları, kompüter şəbəkələri, internet qlobal şəbəkəsi, internet texnologiyaları və veb texnologiyalar, brauzerlər və s. daxildir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 3481

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024