12px13px15px17px
Tarix:19/07/14

“Buraxılış vaxtının ölçülməsi” artıq ölkə gömrüyündə istifadə olunan proqram təminatında öz həllini tapıb

“Buraxılış vaxtının ölçülməsi” məsələsi artıq ölkə gömrüyündə istifadə olunan proqram təminatında öz həllini tapıb. Azərbaycan Dəyişdirilmiş Kioto Konvensiyasına qoşulduğundan və ona uyğun olaraq respublikada yeni Gömrük Məcəlləsi qüvvəyə mindiyindən, eləcə də risklərin modernləşdirilməsi Azərbaycan Gömrük Xidmətinin öz daxili qüvvəsi hesabına aparıldığından artıq bu məsələlər üzrə dəstəyə ehtiyac duyulmur.
 
Bu fikirlər Asiya İnkişaf Bankının Şərqi Asiya Departamentinin məsul şəxsi Yin Çen və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi arasında, AİB-in regional əməkdaşlıq məsələləri üzrə mütəxəssisi J.Prosakın da iştirakı ilə baş tutan görüşdə səsləndirilib. Görüş Filippinin paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində keçirilən Yüksək Vəzifəli Rəsmilərin iclası zamanı reallaşıb.
 
 
Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, sözügedən tədbirdə ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin şöbə rəisi Səməd Qaralov iştirak edib. CAREC-lə yanaşı, Asiya İnkişaf Bankı (AİB), Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı və Dünya Bankının nümayəndələrinin qatıldığı tədbirdə bir çox məsələlər müzakirə edilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 610

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024