12px13px15px17px
Tarix:19/07/14

Azərbaycan İpoteka Fondu server və arxiv otaqlarının təhlükəsizliyini təmin edir

Azərbaycan Mərkəzi Bankı nəzdində İpoteka Fondu  "Bakinity Distribution" MMC ilə müqavilə imzalayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkət fondun bu ilin iyun ayında keçirdiyi kotirovka sorğusunda qalib gəlib.
 
Kotirovka sorğusu fondun server və arxiv otaqları üçün təhlükəsizlik avadanlıqlarının alınması və quraşdırılması üzrə xidmətlərin satın alınmasını nəzərdə tuturdu.
 
Kotirovkanın şərtlərinə əsasən, şirkət fondu kompüter, server və şəbəkə avadanlıqları ilə təchiz edəcək. Müqavilənin ümumi dəyəri 26035,52 manatdır.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 553

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024