12px13px15px17px
Tarix:21/07/14

Şəbəkə avadanlığı və proqram təminatı satışının həcmi 1 trilyon dollara çatacaq

“Infonetics Research” tədqiqat firmasının qiymətləndirməsinə əsasən, 2013-cü ildə qlobal şəbəkə avadanlığı və proqram təminatı satışının həcmi 183 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 3% daha yüksəkdir. Analitiklərin proqnozuna görə, 2018-ci ilə bu bazarın həcmi 1 trilyon dolları ötəcək.

“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2013-cü ilin yekununa görə, dünyada şəbəkə proqram təminatı və avadanlığın satışlarından əldə olunan gəlirin 19%-i ABŞ-ın “Cisco” şirkətinin payına düşüb.

İkinci yerdə 11% göstəriciyə sahib Çinin “Huawei” şirkəti, üçüncü yerdə İsveçin “Ericsson” (9%) şirkəti qərarlaşıb.

“Alcatel-Lucent” və “ZTE” şirkətləri müvafiq olaraq 7% və 4% bazar payına sahibdirlər.


Emil Hüseynov
 



Baxış sayı: 3020

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024