12px13px15px17px
Tarix:21/07/14

Səfir: “Yunanıstanla Azərbaycan arasında texnologiya sahəsində əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yaranıb”

Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyində Yunanıstan Respublikasının ölkəmizdəki səfiri Dimitrios Tsounqas ilə görüş keçirilib.

Birliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə bir sıra sahələrə diqqət çəkilib.
 
Yunanıstanın Azərbaycan üçün iqtisadi tərəfdaş və dost ölkə olduğunu vurğulayan “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Azərbaycan neft-kimya sənayesinin inkişaf mərhələləri, “Azərikimya”nın bir çox istehsalat sahələrində aparılan yeniləşmə və bərpa işləri barədə ətraflı məlumat verib.
 
O, eyni zamanda, karbamid zavodunun tikintisinin vəziyyəti və sənaye zonasında yaradılan Sumqayıt Kimya Sənaye Parkı haqqında danışıb, iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi istiqamətində son vaxtlar atılan mühüm addımlardan söz açıb.
 
Səfir Dimitrios Tsounqas Yunanıstan və Azərbaycan respublikaları arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan geniş söhbət açaraq, iqtisadi, sənaye, texnologiya, enerji, elm, təhsil, mədəniyyət, turizm, nəqliyyat, gömrük və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yeni imkanların yarandığını vurğulayıb.
 
 
Sonra qonaq “Azərikimya” İstehsalat Birliyində yaradılmış Heydər Əliyev guşəsini ziyarət edib, həmçinin Sumqayıt Təlim, Tədris Mərkəzinə baş çəkərək, kimyaçılara göstərilən xidmətlə və gənc ixtisaslı kadrların hazırlanması vəziyyəti ilə tanış olub.
 
SEYMUR



Baxış sayı: 650

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024