12px13px15px17px
Tarix:24/08/11

Azərbaycanın IT-şirkəti telekommunikasiya həlləri bazarında mövqeyini möhkəmləndirir

Azərbaycanın "Best Comp Group" İT şirkəti Azərbaycanın telekommunikasiya həlləri bazarında mövqeyini möhkəmləndirir. Bu barədə şirkətin yaydığı məlumatda deyilir. "Best Comp Group" şirkəti Türkiyənin Karel Elektronik Sanayi ve Ticaret A.Ş., eləcə də AASTRA Technologies Limited beynəlxalq şirkəti ilə distribüter sazişi imzalayıb.

Əldə olunan razılaşmaya uyğun olaraq, "Best Comp Group" bu istehsalçıların aparat-proqram həllərini Azərbaycanın telekommunikasiya bazarına yönəldəcək.

Hazırda Türkiyənin Karel şirkəti tərəfindən təqdim olunan həllər "Aztelekom" dövlət rabitə operatoru tərəfindən ATS-lərin nömrə tutumlarının çoxaldılmasında geniş tətbiq olunur.

Onun fəaliyyəti ümumi telefon şəbəkəsi, ATS, telefon aparatları və onlara məxsus ləvazimatlar da daxil olmaqla, telefoniya üçün bütün növ qurğuların layihələndirilməsi, işlənməsi, istehsalı və satışından ibarətdir.

AASTRA şirkəti ilə əməkdaşlıq isə Azərbaycanın İT şirkətinə bazara açıq standart IP protokolu bazasına əsaslanan həllərin tam diapozonunu, eləcə də kommunikasiya serverləri, şlüzlər, istifadəçi terminalları, naqilsiz sistemlər və proqram əlavələri də daxil olmaqla ənənəvi şəbəkə həlləri təqdim etmək imkanı verir.



Baxış sayı: 1854

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024