12px13px15px17px
Tarix:21/07/14

Müəllimlərin işə qəbulu prosesində İnformatika fənni üzrə 193 yerə 1113 nəfər ərizə verib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin II mərhələsinə - imtahanlara başlanılıb. İmtahanların ilk günündə informatika, alman dili, əmək hazırlığı, fiziki tərbiyə, fransız dili, musiqi və nəğmə, rus dili, rus dili və ədəbiyyatı və təsviri incəsənət fənləri üzrə müəllimlər iştirak edir.
 
Nazirlikdən bildirilib ki, informatika fənni üzrə 193 yerə 1113 nəfər ərizə verib. İmtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin əsas və 2-ci korpusunda keçirilir.
 
Hər bir iştirakçı imtahanın nəticəsini bilərək zalı tərk edir. İmtahanlar başa çatdıqdan sonra bu gün yerləşdirmə aparılacaq və nəticəsi barədə məlumat imtahanda iştirak edən müəllimlərin şəxsi səhifəsinə göndəriləcək.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 590

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024