12px13px15px17px
Tarix:22/07/14

Əlaqələndirmə Qrupunun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icra statusuna dair aidiyyəti dövlət orqanlarının iştirakı ilə Əlaqələndirmə Qrupunun növbəti iclası keçirilib. İclasda İqtisadiyyat və Sənaye, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirlikləri, habelə Mərkəzi Bank, Əmlak Məsələləri Dövlət Komitəsi və Auditorlar Palatasının nümayəndələri iştirak edib.
 
 
QKDK-nın sədr müavini, Əlaqələndirmə Qrupunun rəhbəri İlqar Muradov Dövlət Proqramının əsas istiqamətləri və prioritetləri barəsində ətraflı məlumat verib. O, 2014-cü ilin birinci rübü ərzində görülmüş işlərə nəzər salaraq, ölkənin qiymətli kağızlar bazarının dinamik inkişafında yeni imkanların yarandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sədr müavini Dövlət Proqramının gələcəkdə qiymətli kağızlar bazarında institusional inkişaf səviyyəsinin yüksəldilməsi, maliyyə şəffaflığı prinsiplərinin və korporativ idarəetmənin tətbiqinin genişləndirilməsi və qiymətli kağızlar bazarında normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində sistemli şəkildə tədbirlərin həyata keçirilməsinin davam etdiriləcəyini bildirib.
 
 
Daha sonra, aidiyyəti dövlət qurumları tərəfindən 2014-cü ilin ilk yarımilliyi üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər barədə, həmçinin carı ilin sonuna qədər nəzərdə tutulmuş tədbirlərin icra mexanizmləri və bu istiqamətdə görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.
 
 
SEYMUR



Baxış sayı: 542

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024