12px13px15px17px
Tarix:22/07/14

“Xiaomi” şirkəti ən məhsuldar smartfonunu nümayiş etdirib

"Xiaomi" şirkəti yeni "Mi 4" qabaqcıl smartfonunu nümayiş etdirib. Bu model 2,5 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon 801" prosessoru, həmçinin 3 QB "LP-DDR3" əməli yaddaşla təchiz edilib. Daxili yaddaşın həcmi 16 və ya 64 QB təşkil edə bilər, bu halda "microSD" slotu barədə məlumat yoxdur.
 
"ICTnews" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "Mi 4" smartfonunda "Sharp" şirkətinin 1920x1080 nöqtə təsvir ölçülü  5 düymlük IPS ekranı tətbiq edilib. Smartfonun əsas kamerası 13 meqapiksel, ön kamerası 8 meqapiksel təşkil edir.
 
"Mi 4" smartfonunda daxili çıxarılmayan akkumulyatorun tutumu 3080 milliamper/saat təşkil edir. "Xiaomi" şirkəti hələ ki smartfonun korpusunun xarakteristikasını açıqlamır.
 
Hazırda "Mi 4" smartfonunun qiyməti və çıxarılış tarixi haqda rəsmi məlumat yoxdur.
 
Emil Hüseynov
 



Baxış sayı: 605

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024