12px13px15px17px
Tarix:23/07/14

ABŞ şirkətinin smartfonları hansı ölkələrdə daha yaxşı satılır?

ABŞ-ın "Apple" şirkətinin smartfonları daha yaxşı Rusiya, Braziliya, Hindistan və Çində satılır. Bu barədə şirkət rəhbəri Tim Kuk bəyan edib.   

Onun sözlərinə görə, şirkət 2014-cü ilin üçüncü rübündə dünyada 35,2 milyon "iPhone" modeli satıb ki, bu da ötən ilin analoji dövründən 12,7 faiz çoxdur.

"Biz nəticələrdən və hansı istiqamətdə hərəkət etməyimizdən çox razıyıq", - T.Kuk bildirib.
Şirkət rəhbərinin sözlərinə görə, hazırda Rusiya, Braziliya, Hindistan və Çin lider bazarlardır. "Bu ölkələr üzrə gözlənilməz nəticələr əldə olunub. Belə ki, satış həcmi 55 faiz artıb", - o vurğulayıb.

Bununla yanaşı, şirkətin çərşənbə axşamı dərc etdiyi hesabata əsasən, "iPad" planşet kompüterlərinin satışı ötən ilin analoji dövrünə nisbətən 9 faiz azalıb, satılan qurğuların sayı 13,2 milyon təşkil edib.
ABŞ şirkətinin xalis gəliri 11 faiz artaraq 7,7 milyard dollara çatıb. Hesabat dövrü ərzində mədaxil 37,4 milyard dollara bərabər olmaqla 6 faiz azalıb.

Hesabatlılıq açıqlanandan sonra şirkətin səhmlərinin dəyəri 1 faiz aşağı düşüb. Nyu-Yorkda birja hərracları başa çatandan sonra qiymətli kağızların 1 ədədinin dəyəri 94,08 dollar səviyyəsində qeydə alınıb, - "İTAR-TASS www.itar-tass.com" yazır.



Baxış sayı: 633

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024