12px13px15px17px
Tarix:23/07/14

Şirkətlərin 62 faizi İT büdcəsinin artacağını proqnozlaşdırır

Şirkətlərin 62 faizi İT büdcəsinin artacağını proqnozlaşdırır İnformasiya texnologiyaları (İT) sahəsi üçün kadrların seçimində ixtisaslaşan "TEKsystems" şirkəti  İT bazarında aparılan tədqiqatın nəticələrini açıqlayaraq 240 İT rəhbəri, o cümlədən texniki və İT direktorlar, vitse-prezident və menecerlər arasında sorğu keçirib.

Respondentlərin 62 faizi təmsil etdikləri şirkətlərdə İT büdcələrin artacağını gözləyir. Rəyi soruşulan 26 faizin sözlərinə görə, xərclər əvvəlki səviyyədə qalacaq, 12 faiz onların azalacağını güman edir. Martda keçirilən analoji sorğunun nəticələrindən korporativ İT infrastruktura investisiyaların artımını proqnozlaşdıran rəhbərlərin göstəricisi 47 faizə bərabər olub.

Son sorğu iştirakçılarının təxminən üçdə iki hissəsi (66 faiz) onların İT şöbələrinin şirkətin bütün sorğularını təmin edəcəyinə əminliyini ifadə edib. Yazda belə əmin əməkdaşların sayı rəyi soruşulan insanların ümumi sayına nisbətdə 72 faiz təşkil edib.

Ekspertlər bildirirlər ki, texnoloji tendensiyalar arasında təşkilatlara cari ilin birinci rübündə ən çox mobil qurğular, informasiya təhlükəsizliyi, biznes analitika, böyük həcmli məlumatlar (Big Data) və "bulud" hesablamaları təsir göstərib. 

"TEKsystems"in hesabatında həmçinin şirkətlərin müvəqqəti işə götürdüyü İT əməkdaşların sayının artması qeyd olunur.

Analitiklərin fikrincə, daima istedadlı İT mütəxəssis axtarışında yeni nəslə nisbətdə rəqabət qabiliyyətli qalmaq üçün korporativ mədəniyyətinə dəyişikliklər edən şirkətlər qalib olacaq, - "DailyComm www.dailycomm.ru" yazır.






Baxış sayı: 571

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024