12px13px15px17px
Tarix:24/07/14

“Facebook” səhmlərinin qiyməti rekord təşkil edib

2014-cü ilin ikinci rübü ərzində dərc edilmiş müsbət maliyyə hesabı fonunda ABŞ-ın “Facebook” sosial şəbəkəsinin səhmlərinin qiyməti 5% artıb. Nyu-Yorkda hərracın bağlanmasından sonra səhmlərin qiyməti şirkət üçün rekord (75.30 dollar) təşkil edib.
 
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, hesabata əsasən, şirkətin xalis mənfəəti 2013-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 2 dəfə artaraq 791 milyon təşkil edib.
 
Hesabat dövründə mədaxil 61% artaraq 2,91 milyard dollar təşkil edib. Rüblük gəlirin çox hissəsi reklam gəlirlərinin (2.68 milyard dollar) payına düşüb.
 
Emil Hüseynov
 



Baxış sayı: 609

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024