12px13px15px17px
Tarix:24/07/14

“Twitter”in əməkdaşlarının yalnız 30%-ni qadınlar təşkil edir

Bu haqda "Twitter"in heyətinin gender və milli tərkibi haqqında birinci ictimai hesabatına əsasən, "Twitter" mikrobloqlar xidmətinin əməkdaşlarının 30%-ni qadın cinsinin nümayəndələri təşkil edir.
 
"Twitter" tərtibatçısının hər onundan biri qadındır. Şirkətin rəhbər vəzifələrində qadın cinsinin nümayəndələrinin payı 21%-dir.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, bir qədər əvvəl "Google" şirkəti müvafiq göstərici haqda məlumat vermişdi. Dünyanın ən böyük internet şirkətində, həmçinin heyətin yalnız 30%-ni qadınlar təşkil edir, rəhbər vəzifələrdə hər beşinci əməkdaş qadındır. Ancaq "Google" şirkətində tərtibatçılar arasında qadınların payı yüksəkdir.
 
"Twitter"in milli tərkibinə gəlincə, ABŞ-da şirkətin əməkdaşlarının təxminən 59%-i ağdərili, 29%-ni asiyalılar təşkil edirlər, başqa irqi qrupların nümayəndələrinin payı isə 10%-dən aşağıdır. Oxşar tendensiya inzibati əməkdaşlar arasında da mövcuddur, amma tərtibatçılar arasında asiyalıların payı 34%-dən yuxarıdır.
 
Son aylarda, həmçinin "Facebook" və "Yahoo!" şirkətləri müvafiq hesabatları dərc ediblər.
 
Emil Hüseynov
 



Baxış sayı: 667

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024