12px13px15px17px
Tarix:24/07/14

Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərarına dəyişiklik edib

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
24 İyul 2014
 

№ 232             Bakı şəhəri, 15 iyul 2014-cü il

 

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 aprel tarixli 105 nömrəli, 5 may tarixli 131 nömrəli və 5 iyun tarixli 178 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"nın 11.4-cü bəndinə "məhsullar" sözündən sonra ", elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları" sözləri əlavə edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri





Baxış sayı: 525

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024