12px13px15px17px
Tarix:24/07/14

İkinci rübdə planşetlərin tədarükü 6 faiz artıb

Dünyada planşet kompüterlərin tədarük həcmi artmaqda davam edir, lakin onların artım tempi 2009-cu ildən ən aşağı göstəriciyə enib. Bu barədə “Strategy Analytics” analitik şirkətinin cari ilin ikinci rübündə planşetlər bazarındakı vəziyyətə həsr olunan hesabatda deyilir.

Analitiklərin qiymətləndirməsinə görə, ötən rübdə bazara ümumilikdə 52,9 milyon planşet tədarük edilib ki, bu da 50 milyon ədədin tədarük edildiyi 2013-cü ilin aprel-iyunundan 6 faiz çoxdur.

“Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular bazarda liderliyini qoruyur. Onların payı artıq 70 faizə çatıb – ötən rüb buraxılan planşetlərin onundan yeddisi  bu əməliyyat sistemi ilə işləyib.

Hesabat dövrü ərzində ümumilikdə 36,8 milyon “Android” sistemli qurğu tədarük edilib ki, bu da bir ilin göstəricisindən 11 faiz çoxdur. Stabil irəliləyiş bu platformaya üstünlük verən çoxlu sayda istehsalçılar, eləcə də müxtəlif ekranlı və qiymətli modellərin geniş çeşidi sayəsində saxlanılır, - “Strategy Analytics”in planşetlər sahəsi üzrə eksperti Piter Kinq qeyd edib.

“Apple” qurğularının tədarük həcmi, əksinə, 9 faiz azalıb. Belə ki, ikinci rübdə “iPad”in göstəricisi bir il əvvəlki 14,6 milyona nisbətdə 13,3 milyon ədədə bərabər olub. Nəticədə “Apple”ın bazar payı 29 faizdən 25 faizədək aşağı düşüb.

Eyni zamanda, “Windows” sistemli modellərin satışı 28 faiz – 2,1 milyondan 2,7 milyon ədədədək artıb. Bunu nəzərə almaqla “Microsoft” platformalı planşetlər bazarda 5 faizlik paya sahib olublar, - "DailyComm www.dailycomm.ru” yazır.



 



Baxış sayı: 542

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024