12px13px15px17px
Tarix:25/07/14

“Azərmarka” şirkəti tərəfindən 6 ay ərzində 10 mövzuda marka dövriyyəyə buraxılıb

2014-cü ilin 6 ayı ərzində  “Azərmarka” şirkəti tərəfindən 10 mövzuda 24 ədəd poçt markası dövriyyəyə buraxılıb. Həmçinin yarımillik ərzində 6 növ poçt kartı və 6 növ zərf  hazırlanaraq dövriyyəyə buraxılıb.
 
 
Qeyd edək ki, poçt markaları suveren dövlətin atributlarından biridir və onların buraxılışı respublikanın dövlətçiliyini və nüfuzunu möhkəmlətməyə xidmət etməlidir. Azərbaycan Respublikası suveren dövlət kimi ilk dəfə olaraq poçt markalarını 1919-cu ilin oktyabr ayında buraxmağa başlayıb. Poçt markaları  Azərbaycan Respublikasının “Poçt haqqında” qanununa, Nazirlər Kabinetinin qərarına və “Poçt ödənişi nişanlarının buraxılması haqqında Əsasnamə”yə uyğun olaraq buraxılır. Bu sənədlərin əsasında hər il növbəti ildə buraxılacaq poçt markalarının tematik planı işlənib hazırlanır.
 
Markalar poçt ödənişi nişanları olmaqla bərabər, eyni zamanda ölkə haqqında müəyyən məlumat daşıyıcılarıdır. Bu amilə əsasən, tematik plan tərtib edilərkən tarix, arxitektura, görkəmli şəxsiyyətlər, flora və fauna, ölkənin tarixində əlamətdar hadisələr və başqa məlumatlara geniş yer verilir. Poçt markalarında Azərbaycanın müstəqilliyi mövzusu geniş qeyd edilir.
 
Həmçinin, Azərbaycanın görkəmli şəxsiyyətlərinin mövzusu, 20 Yanvar və Xocalı faciələri, həmçinin Qarabağın şəhərləri, onun flora və faunası, Azərbaycan Respublikasının BMT-nin və Avropa Şurasının tərkibinə daxil olması, diplomatik münasibətlərin yaranması və s. üzrə beynəlxalq həyatdakı fəaliyyət mövzusu və s. buraxılış tematikasında mühüm yer tutur.
 
 
Həqiqət İSABALAYEVA
 
 



Baxış sayı: 829

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024