12px13px15px17px
Tarix:25/07/14

İKT-nin tətbiqi ilə daşınmaz əmlakların idarə edilməsi təkmilləşdirilir

Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) dövlətə məxsus daşınmaz əmlakların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı layihənin təqdimatı keçirilib.
 
Qeyd edilib ki, dövlət əmlakı idarəçiliyi ilə bağlı həyata keçirilən tədbirlərin məqsədi müasir dövrdə dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi, bu istiqamətdə şəffaflıq və effektivliyin artırılması, daşınmaz əmlak bazarının inkişaf etdirilməsi, bu sahədə müvafiq dövlət qurumları arasında səmərəli koordinasiya sisteminin təmin edilməsidir. Bütün bunlara isə modern yanaşmaların, qabaqcıl dünya ölkələrinin təcrübəsinin, informasiya-kommunikasiya texnologiyalarının və müasir idarəçilik prinsipləri və mexanizmlərinin tətbiqi ilə nail olunur.
 
Bildirilib ki, komitə tərəfindən görülən işlərlə yanaşı, Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində də dövlət əmlakı idarəçiliyinin müasir əsaslarla inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirilib. Layihənin sonunda dövlətə məxsus daşınmaz əmlakların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı Yekun Hesabat hazırlanıb.
 
Hesabatda yer alan tövsiyələr və Fəaliyyət Planı özündə idarəetmə modeli, informasiya-kommunikasiya texnologiyaları və insan resursları, nəzarət və yoxlama, hesabat vermə və kommunikasiya, sərmayə siyasəti, standartlar və yeni idarəetmə yanaşmaları kimi elementləri birləşdirir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 506

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024