12px13px15px17px
Tarix:24/08/11

“Microsoft”: “Windows 8” “USB 3.0” texnologiyası ilə işləyəcək

“Microsoft” şirkəti “Windows 8” əməliyyat sistemində “USB 3.0” texnologiyasını tam dəstəkləyəcəyinə söz verib. Bu gün “Microsoft Building Windows 8” bloqunda rəsmən növbəti əməliyyat sistemində yeni yüksəksürətli standartın dəstəyi üzərində işlənildiyi bildirilib.

Qeyd edək ki, “USB 3.0” standartı 2008-ci ildə təqdim edilib. “USB 3.0” yalnız informasiyanın daha sürətli ötürülməsini deyil, həm də aşağı enerji istehlakını təklif edir. Bu isə portativ elektronika üçün əhəmiyyətlidir.

“İn-Stat” analitik şirkətinin məlumatına görə, 2015-ci ilədək bazarda bütün çıxarılan yeni kompyuterlər “USB 3.0” dəstəyi ilə təchiz ediləcək. “USB 3.0” standartının server və mobil telefonlarda olmasını nəzərə alaraq, 2015-ci ilədək “USB 3.0” dəstəyi ilə olan elektron qurğuların ümumi sayı 2 milyarda çatacaq.

"Bununla əlaqədar “Windows 8” əməliyyat sistemində “USB 3.0” standartı mütləq olmalıdır" – “Microsoft” bloqunda “Microsoft Devices and Networking Group” bölməsinin direktoru Dennis Flanaqan yazıb.

Həmçinin, Flanaqan bildirib ki, “USB 3.0” versiyası “2.0” və “1.0” versiyaları ilə uyğundur, ona görə “Windows 8” həm də köhnə standartları dəstəkləyəcək.



Baxış sayı: 1996

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024