12px13px15px17px
Tarix:25/07/14

Gəncə şəhərində hər 100 mənzildən 89,2-si telefonlaşdırılıb

“2014-cü ilin 1-ci yarımilində informasiya-kommunikasiya texnologiyaları sahəsində  görülmüş işlərdə və qazanılmış uğurlarda Gəncə Telekommunikasiya İdarəsinin də payı var. Bununla əlaqədar olaraq bildirim ki, hesabat dövründə Gəncə TKİ-nin  gəlirləri 2 milyon 322 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrünə  nisbətən 405 min manat və ya 21% çoxdur”.
 
Bu fikirləri Gəncə  Telekommunikasiya  İdarəsinin  rəisi Əbülfəz Orucov  söyləyib.
 
O qeyd edib ki, telefonlaşma  sahəsində  həyata  keçirilmiş  işlər  nəticəsində 1-ci  yarımil ərzində  909  yeni  telefon  çəkilib.
 
Rəisin sözlərinə görə, hazırda Gəncə  şəhərində  hər  100 mənzildən  89,2-si  telefonlaşdırılıb, hər 100 nəfərə 18,7 telefon düşür:
 
“1-ci  yarımildə  Hacıkənd  EATS-nə  5 km məsafədə optik  kabelin çəkilişi başa çatdırılıb və EATS-in rəqəmsal transmissiyası təşkil olunub. 1500 məcburi köçkünün  məskunlaşması üçün  tikilmiş  yeni  qəsəbəyə 6 km məsafədə optik  kabelin çəkilişi başa çatdırılıb. Hazırda qəsəbənin  telefonlaşdırılması işləri davam etdirilir. Gəncə  Pedaqoji  Universitetinin  4 korpusu  arasında  ümumilikdə  5.2 km məsafədə  optik  kabellər çəkilib və bu kabellər  üzərindən universitetin  korporativ  şəbəkəsi  yaradılıb”. O əlavə edib ki, göstərilən  xidmətlərin  keyfiyyətinin  yüksəldilməsi, idarəetmə  mexanizminin   təkmilləşdirilməsi  məqsədi  ilə  Gəncə  Telekommunikasiya  İdarəsində  struktur  islahatları aparılmışdır:
 
“Ölkə  prezidenti  tərəfindən  aparılan  çoxşaxəli  iqtisadi  islahatlar, xüsusilə  regionların  inkişaf  etdirilməsi  sahəsində  həyata  keçirilən  dövlət  proqramları  Gəncə  şəhərinin  inkişafına  da  mühüm  təsirini  göstərib. Məhz bunun  nəticəsidir  ki, hazırda şəhər dinamik inkişaf edir, yeni yaşayış məhəllələri  salınır, sənaye  və  infrastruktur  müəssisələri istifadəyə  verilir. Baş  verən  bu  dəyişiklikləri informasiya-kommunikasiya texnologiyalarının tətbiqi olmadan təsəvvür  etmək  belə mümkün deyildir. Odur  ki, əmin etmək  istəyirəm  ki, bu sahədə  nazir Əli Abbasovun rəhbərliyi və qayğısı sayəsində  öhdəmizə  düşən  işləri  uğurla  həyata  keçirəcəyik  və  Gəncə  şəhərində  informasiya-kommunikasiya  texnologiyalarının  daha mükəmməl  inkişafına  nail  olacağıq”.
 
 
 
Genişzolaqlı internet istifadəçilərinin sayı artıb
 
 
Ə.Orucov  eyni zamanda bildirib ki, cari ilin 1-ci yarımili ərzində genişzolaqlı internet istifadəçilərinin sayı 7.6 %  artaraq 23 minə çatdırılıb: “Son 6 ayda da informasiya texnologiyalarının, xüsusilə internetin  inkişafı diqqət mərkəzində saxlanılıb, internet xidmətinin genişləndirilməsi üçün  həyata keçirilən tədbirlər davam etdirilib. Bu istiqamətdə ilk növbədə ümumi  tutumları 1280 port olan genişzolaqlı şəbəkə avadanlıqları alınaraq quraşdırılıb”.
 
 Onun sözlərinə görə, reallaşdırılan tədbirlər  nəticəsində hazırda Gəncə şəhərində hər 100 mənzildən 36,2-si internet xidmətindən istifadə edir.
 
Şəhərdə genişzolaqlı internetin inkişaf etdirilməsi üçün özəl provayderlərə hər cür  şəraitin yaradıldığını vurğulayan Ə.Orucov özəl sektorla səmərəli əməkdaşlığın qurulduğunu və lazimi, sağlam rəqabət mühitinin formalaşdırıldığını deyib:
 
“Məhz bunun  nəticəsidir  ki, hazırda Gəncə Telekommunikasiya İdarəsinin telefon şəbəkəsi üzərindən 11özəl internet provayderi internet xidməti  göstərir və ümumilikdə genişzolaqlı internet istifadəçilərinin 16863-ü və ya 73% -dən çoxu özəl provayderlərin xidmətlərindən istifadə edir. Bununla belə, hesabat dövründə “Aztelekom.Net”  provayderində  istifadəçilərin sayının 1109  istifadəçi və ya  22%  artımına nail olunub”.
 
 
 
Seymur Qasımbəyli
 
 



Baxış sayı: 345

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020