12px13px15px17px
Tarix:26/07/14

Kaliforniyada dövlət orqanları üçün “bulud” platforması istifadəyə verilib

ABŞ-ın Kaliforniya ştatının texnologiyalar departamenti “IBM” şirkətinin dəstəyi ilə dövlət və bələdiyyə orqanlarına vahid məlumat bazasına çıxış əldə etməyə və abunə modeli üzrə İT servislərindən istifadəyə imkan verəcək “CalCloud” “bulud” platformasını istifadəyə verib. Bu barədə departamentin məlumatında deyilir.

Abunə əsasında xidmətlər təqdim edən bu platforma ayrıca ABŞ ştatı səviyyəsində istifadəyə verilən ilk platformadır. Məşhur Silikon vadisinin yerləşdiyi Kaliforniya adətən yeni texnologiyaları insanların gündəlik həyatına hamıdan birinci tətbiq edir.

“CalCloud” bütün dövlət orqanlarının ayrı-ayrı İT sistemlərini əvəzləmək məqsədi daşıyır, bunun əvəzinə onlara vahid İT resurs dəstindən istifadə təklif edilir. Bundan başqa, bu, dövlət orqanlarına İT resurslara xərcləri azaltmağa imkan verəcək, çünki abunə modeli üzrə onlar yalnız lazım olan xidmətləri sifariş edəcəklər. “CalCloud” xidmətlərinə abunəni artıq ştatın 20 hökumət orqanı rəsmiləşdirib.
 
Tərəfdaşlıq çərçivəsində “IBM” layihənin texnoloji infrastrukturunu təmin edəcək, eləcə də idarələrlə məlumatların “bulud” texnologiyalarına keçirilməsi və sistem inteqrasiyası həllərinin adaptasiyası işində birgə çalışacaq. Layihənin digər tərəfdaşları arasında “AT&T” mobil rabitə operatoru, “Alexan International” və “KPMG” konsaltinq şirkətləri yer alıb.

Qeyd edək ki, beş il əvvəl ABŞ-da bütün dövlət orqanlarına hostinq xidmətləri, eləcə də federal hökumət tərəfindən təsdiq edilən internet əlavə və xidmətləri satan "Apps.gov” “bulud” portalı işə salınıb. Bu portal ildə 75 milyard dolların ayrıldığı İT-nin inkişafı üzrə dövlət təşəbbüsünün bir hissəsi olub, - "Lenta www.lenta.ru” yazır.



Baxış sayı: 346

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.