12px13px15px17px
Tarix:26/07/14

Planşetlər bazarında aparıcı istehsalçıların payı azalıb

Planşetlər bazarının aparıcı istehsalçıları “Samsung” və “Apple” şirkətlərinin cari ilin ikinci rübündə payı ötən ilin analoji dövrü ilə müqayisədə azalsa da, bazarda hələ də böyük pay sahibidirlər. Belə ki, tədarük edilən planşetlərin 44,1 faizi hər iki istehsalçının payına düşür.

Bu barədə “IDC” analitik şirkətinin “Worldwide Quarterly Tablet Tracker” tədqiqatının yekunları üzrə hesabatında deyilir. 


2014-cü ilin ikinci rübündə 49,3 milyon planşet tədarük edilib ki, bu da əvvəlki rübdən 1,5 faiz azdır, lakin 2013-cü ilin ikinci rübündən 11 faiz çoxdur. “IDC” analitikləri güman edirlər ki, planşetlərin tədarük həcmi qənaətbəxş səviyyədədir və 2014-cü ildə ötən ilə nisbətən daha çox mobil qurğu tədarük ediləcək.
Planşetlər bazarının liderləri müvafiq olaraq planşetlərin 26,9 və 17,2 faizini tədarük edən "Apple” və “Samsung” şirkətləridir. Hər iki şirkətin payı bir il əvvəldən aşağıdır: ötən ilin ikinci rübündə “Apple” bazarda 33 faiz, “Samsung” 18,8 faiz paya sahib olub. Ümumilikdə isə “Apple”ın tədarükü 9,3 faiz azalıb, “Samsung”un 1,6 faiz artıb.


Pay itkisinə baxmayaraq bazarın digər iştirakçıları ABŞ və Cənubi Koreya istehsalçıları ilə rəqabət apara bilmirlər. Belə ki, sonrakı yerlərdə qərarlaşan “Lenovo”, “Asus” və “Acer” şirkətlərinin tədarük həcmi müvafiq olaraq 4,9, 4,6 və 2,0 faiz təşkil edir.


2014-cü ilin ikinci rübünün yekunları üzrə Çinin “Lenovo” şirkətinin tədarük həcminin xeyli artması (64,7 faiz – 2,4 milyon ədədədək) xüsusi vurğulanır. Aparıcı beşlikdə daha çox itki (36,3 faiz – 1,0 milyon tədarük edilən qurğu) ilə “Acer” şirkəti qarşılaşıb, - “Lenta www.lenta.ru” yazır.



Baxış sayı: 632

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024