12px13px15px17px
Tarix:26/07/14

“Samsung” şirkəti yeni planşetini nümayiş etdirib

“Samsung” şirkəti səs çağırışları etməyə icazə verən “LTE” dəstəkli 7 düymlük “Galaxy TabQ” planşetini nümayiş etdirib. Qurğunun ekranı 1280×720 nöqtə təsvir ölçüsünə malikdir. Cihaz 1,2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 400” prosessoru, həmçinin 8 meqapiksellik əsas və 2 meqapiksellik ön kameralarla təchiz edilib.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, əməli və daxili yaddaşın həcmi dəqiq məlum deyil, yalnız “microSD” kartları üçün slot haqda məlumat var. “Galaxy TabQ” akkumulyatorunun tutumu 3200 milliamper/saat təşkil edir, GPS, “QLONASS”, “Bluetooth 4.0” və “Wi-Fi” modulları quraşdırılıb. Planşetin ölçüsü 191,8 × 99,7 × 8,9 mm, çəkisi isə 250 qr-dır.
 
Aparatın qiyməti haqda məlumat yoxdur.
 
Emil Hüseynov



Baxış sayı: 648

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024