12px13px15px17px
Tarix:30/07/14

“Elektron hökumət” portalında formalaşdırılacaq şəxsi kabinet istifadəçilərin işini asanlaşdıracaq

“Elektron hökumət” portalında şəxsi kabinet sistemi formalaşdırılır. 
 
Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi qurumların informasiya ehtiyatlarının “Elektron hökumət” portalına inteqrasiya edilməsi, müvafiq servislərin hazırlanıb portalda istismara verilməsi ilə bağlı ciddi işlər aparır. Bu sahədə işlər yekunlaşdıqdan sonra istifadəçilər portalda şəxsi kabinetlərini formalaşdıra biləcəklər və kabinetə daxil olarkən özünə aid bütün məlumatları (şəhər və mobil telefon borcları, kommunal xidmət borcları, yol hərəkət qaydalarının pozulmasına görə cərimələr və cərimə balları, öz adına olan daşınmaz əmlak, şirkət, vergi borcları və s.) asanlıqla əldə edə biləcəklər.
 
Qeyd edək ki, artıq işıq, qaz və su abunəçiləri üzrə məlumat bazaları aidiyyəti kommunal idarələrdən alınaraq telefon abunəçiləri üzrə və Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələri üzrə məlumat bazası ilə üzləşdirilib və uyğunluq tapılan abunəçi kodlarına səhər telefon nömrəsi və FİN kod əlavə edilib. Bunun nəticəsində portalda RYTN üzrə yerləşdirilmiş “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” elektron xidməti vasitəsilə vətəndaşlar kommunal kodları daxil etmədən, yalnız telefon nömrəsini daxil etməklə kommunal xidmət borclarını da rahatlıqla ödəyə bilirlər.
 
Ümumiyyətlə, “Elektron hökumət” portalı üzərindən qurumlararası informasiya mübadiləsi tam şəkildə təmin olunduqdan sonra vətəndaşlarla dövlət qurumları arasında birbaşa əməkdaşlıq zəifləyəcək, həm də əhaliyə göstərilən e-xidmətlərin elektronlaşma səviyyəsi və keyfiyyəti yüksəlmiş olacaq.
 
CAHANGİR
 



Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024