12px13px15px17px
Tarix:30/07/14

Axtarış sistemi maliyyə böhranlarını proqnozlaşdıra bilir

“Google” axtarış sisteminin məlumatlarından dünya fond birjasının gözlənilən uğursuzluğunun təhlükəli əlamətlərini aşkar etmək üçün istifadə oluna bilər. Belə ki, 2004-2012-ci illər üçün informasiya təhlilindən məlum olub ki, fond birjasının uğursuzluğuna axtarış sorğularının sayının artması səbəb olub.

Uorik və Boston universitetlərinin tədqiqat qrupu nümayəndələrinin sözlərinə görə, iqtisadi vəziyyəti istifadəçilərin internetdə davranışına görə proqnozlaşdırmaq mümkündür. İqtisadçılar iqtisadiyyatın müxtəlif sahələrində işgüzar mühitin dəyişmə tendensiyalarını aşkar etmək məqsədilə mürəkkəb irihəcmli internet trafikinin təhlili kompüter sistemini hazırlayıblar.

“Google” tipli axtarış sistemləri axtarılan hər şeyi qeydə alır. Axtarış tarixçəsi bizə insanların real dünyada qərar qəbul etməzdən əvvəl onlayn necə informasiya toplamasını öyrənməyə imkan verir. Bununla da axtarış məlumatlarından böyük insan qruplarının hərəkətinin proqnozlaşdırılması üçün istifadə etmək olar. İnsanların istədikləri şeyi axtara bildiyinə görə onların davranışını müəyyən edən sözləri seçmək lazımdır. Bu barədə “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilən məqalədə deyilir.  

Əvvəl aparılan tədqiqatlar göstərib ki, istifadəçilərin “Google” axtarış sisteminə və “Wikipedia” onlayn ensiklopediyasına müraciətləri haqqında informasiya ilə fond bazarındakı vəziyyəti proqnozlaşdırmaq mümkündür. Lakin tədqiqatçılar bu qənaətə yalnız maliyyə mövzusuna aid əsas sözlərin seçiminə əsaslanaraq gəliblər.

Bu dəfə tədqiqatçılar qrupu “Wikipedia”da hər sözün mənasını nəzərə alaraq alqoritmləri avtomatik olaraq istifadəçinin real dünyada davranışı ilə üst-üstə düşəcək axtarış aktivliyini tanımağa yönəldib. Onlar sözləri geniş mövzu diapazonu üzrə elə qruplaşdırıblar ki, məsələn, “Biznes” kateqoriyasında “biznes”, “idarəetmə” və “bank” kimi sözlər olsun.

Sonra tədqiqatçılar bu sözlərin ABŞ istifadəçiləri tərəfindən 2004-2012-ci illər ərzində axtarışa tez-tez verilməsini öyrənmək üçün “Google Trends” alətindən istifadə ediblər. Onlar axtarışın nəticələrini sadə “S&P 500” ticarət strategiyasına tətbiq edərək müəyyən ediblər ki, fond bazarlarının uğursuzluğuna daha çox biznes və siyasətə aid sözlər üzrə axtarış sorğularının həcminin artması səbəb olub. Bu məlumatları əldə edən alimlər biznes və siyasət mövzusu üzrə axtarış aktivliyinin artması ilə fond birjasının sonrakı uğursuzluğu arasında tarixi əlaqənin olmasını müəyyən ediblər.

Tədqiqatçıların sözlərinə görə, bu, maliyyə böhranının proqnozlaşdırılması üçün əsas sözlərin müəyyən edilməsində yeni yanaşmadır, - "Hi-TecNews www.hi-news.ru” yazır.



Baxış sayı: 294

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Sentyabr 2019

16 09 2019

16/09/19
“iPhone XR” 2019-cu ilin birinci yarısında ən populyar smartfon olub

Analitiklər 2019-cu ilin birinci yarısının nəticəsinə görə “iPhone XR” aparatını 

16/09/19
“16K” təsvir ölçülü “Sony” ekranı “Micro LED” modullarından ibarətdir

“Sony” şirkəti bu ilin əvvəlində “Crystal LED” texnologiyası üzrə hazırlanan “16K” təsvir 

16/09/19
Yeni boşluq 1 milyarddan çox smartfona müdaxiləyə imkan verir

Təhlükəsizlik üzrə mütəxəssislər tərəfindən SİM kartlarda aşkar edilmiş yeni boşluq 1 milyarddan çox smartfona 

16/09/19
“Libra” kriptovalyutası Avropada qadağan edilib

Fransa və Almaniya hökumətləri “Facebook”un “Libra” adlı  yeni kriptovalyutasını 

16/09/19
Nazir Ramin Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib (YENİLƏNİB)

Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində Müstəqil Dövlətlər Birliyinin rabitə 

16/09/19
Rekord parlaq monitorlar üçün yeni standart rəsmən təqdim olunub

Videoelektronika Standartlaşdırma Assosiasiyası (VESA) yeni nəsil displeylər üçün hazırlanan yeni “DisplayHDR 1400” stand

16/09/19
Almaniyada “IBM Q System One” kvant kompüteri quraşdırılacaq

“IBM” şirkəti və Fraunhofer adına Elmi Tədqiqat Cəmiyyəti (Fraunhofer Gesellschaft) arasında Almaniyada tədqiqat və eksperimentlərin aparı

16/09/19
Cənubi Koreyada təcili tibbi yardım dronları istifadəyə veriləcək

Cənubi Koreyanın Milli Parklar Xidməti 2020-ci ildən etibarən dağlıq yerlərə ilk tibbi yardım