12px13px15px17px
Tarix:30/07/14

“Instagram” da messencer istifadəyə verdi

“Instagram” “Snapchat” messenceri kimi işləyən və fotoşəkil və video ilə mübadiləyə icazə verən “Bolt” messencerini nümayiş etdirib.

Tətbiq multimedia məlumatlarını sürətli ötürməyə icazə verir. “Instagram” xidmətinin məlumatına əsasən, tətbiq smartfonların əksəriyyətində işləyir, bundan başqa, tətbiq öz funksionalı üçün minimum trafik sərf edir.

“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Instagram Bolt” artıq rəsmi elan edilsə də, əksər ölkələrdə hələlik əlçatmazdır. Hazırda “Bolt” tətbiqini Yeni Zelandiya, Sinqapur və CAR-da yükləmək olar. Nə Rusiya, nə Avropa, nə də ABŞ-da messencer hələ ki əlçatmazdır və “Instagram”dan bu haqda məlumat verilmir.

“Bolt” tətbiqinin təsvirinə əsasən, tətbiqdə “Snapchat” funksionalı istifadə olunub. Burada, həmçinin mesaja baxdıqdan sonra onun silinmə vaxtını göstərmək olar. Başlanğıc sazlamaya görə, mesajlar qəbul edən tərəfindən baxıldıqdan 10 saniyə sonra yaddaşdan silinir.

Emil Hüseynov
 



Baxış sayı: 563

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024