12px13px15px17px
Tarix:31/07/14

Tariflər dəyişilmədən rəqəmsal yayımda kanalların sayı artırılacaq

Bütün dünyada, o cümlədən  Azərbaycanda da informasiya-kommunikasiya texnologiyalarının durmadan inkişaf etdirilməsi yeni imkanlar yaradıb. Ölkənin aparıcı kabel televiziya operatoru olaraq “KATV1” bu tendensiyadan kənarda qalmayaraq fəaliyyətini genişləndirir. Abonentlərə daim yüksəkkeyfiyyətli xidmət göstərən “KATV1” kabel televiziyası bunun üçün dünyada istifadə olunan ən son avadanlıq və texnologiyalardan yararlanır.
 
“Şirkətdə artıq bir neçə müddətdir ki, yeni avadanlıqların quraşdırılma işləri aparılır. Bu səbəbdən son günlər yayımda fasilələr yaranır. Aparılan işlər yekunlaşdıqdan sonra yayımda fasilələr aradan qaldırılacaq, analoq və rəqəmsal yayımın keyfiyyəti yüksələcək. Bundan əlavə tətbiq olunan yeni texnologiyalar abunəçilərə bir çox digər imkanlardan yararlanmağa imkan verəcək” – deyə şirkətdən bildirilib.
 
 
“KATV1” rəsmiləri onu da qeyd edib ki, böyük üstünlüklərdən biri isə tariflər dəyişilmədən rəqəmsal yayımda kanalların sayının artması olacaq. Yeniliklər zəng mərkəzini də əhatə edəcək. Belə ki, dünyanın aparıcı şirkətlərinin zəng mərkəzlərini quran “AVAYA” şirkətilə əldə olunan razılığa əsasən “KATV1” kabel televiziyasının 127 zəng mərkəzi təkmilləşdirilir. Bu da abunəçilərə telefon vasitəsi ilə daha tez və daha rahat məlumat əldə etməsinə şərait yaradacaq.
 
 
Qeyd edək ki, 2005-ci ildən Milli Televiziya və Radio Şurasının verdiyi lisenziya əsasında fəaliyyət göstərən  “KATV1” kabel televiziyası, təkcə televiziya xidmətləri göstərmir, həm də fiber-optik şəbəkə vasitəsi ilə abunəçilərə yüksəksürətli internet də təqdim edir. Şirkətin Bakı, Gəncə, Mingəçevir  və Xırdalan şəhərlərində ümumilikdə 15-dən çox xidmət mərkəzi fəaliyyət göstərir ki, abunəçilər bu mərkəzlərdə “KATV1” kabel televiziyası ilə bağlı bütün növ əməliyyatları həyata keçirə bilərlər.
 
 
 
SEYMUR



Baxış sayı: 1030

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024