12px13px15px17px
Tarix:01/08/14

Arxiv fondlarında olan qiymətli audio-video sənədlər elektron daşıyıcılara köçürülür

Azərbaycanın arxiv fondlarındakı qiymətli audio-video sənədlərin elektron daşıyıcılara köçürülməsi davam etdirilir.
 
Milli Arxiv İdarəsindən verilən məlumata görə, hazırda digər audio-video sənədlərlə yanaşı, görkəmli xanəndə Keçəçioğlu Məhəmməddən yadigar qalan canlı səslər bərpa edilərək elektron daşıyıcılara köçürülür. Arxiv fondlarında korifey sənətkarın yaradıcılığını əks etdirən fonosənədlərin miqdarı 70-dən artıqdır.
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev XX əsr muğam ifaçılığının ən parlaq simalarından biri Keçəçioğlu Məhəmmədin 150 illiyi münasibətilə sərəncam imzalayıb.
 
Bu münasibətlə böyük sənətkarın yubileyini layiqincə qeyd etməkdən ötrü bir sıra tədbirlər planı hazırlanıb.
 
Azərbaycan Dövlət Səs Yazıları Arxivi də bu yöndə bəzi işlər görüb. Belə ki, mahir muğam ifaçısına həsr edilmiş xeyli miqdarda lent yazıları, televiziya və radio verilişlərinin audio-video yazıları arxivin fondlarından seçilərək bərpa işləri aparılıb.
 
CAHANGİR
 



Baxış sayı: 640

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024